Xüsusi günlər

İş dünyasında uğur həm də qurulan səmimi və möhkəm münasibətlərdən asılıdır. Nero Print olaraq, Yeni il, 8 Mart, Ramazan Bayramı və digər əlamətdar günlərdə partnyorlarınız, müştəriləriniz və əməkdaşlarınız üçün brendinizin nüfuzunu əks etdirən fərdi korporativ hədiyyələr hazırlayırıq.
Ətraflı məlumat

Hər bir qutu sizin brend rənglərinizə, loqonuza və korporativ stilinizə uyğun sıfırdan dizayn edilir. Qutuların daxili tərtibatı – xüsusi dolğu materialları, təbrik kartları və seçilmiş məhsulların yerləşməsi – brendinizin mesajını unikal və peşəkar şəkildə qarşı tərəfə çatdırır. İdeya mərhələsindən başlayaraq dizayn, çap, əl əməliyyatları ilə yığım və çatdırılmaya qədər bütün prosesi biz idarə edirik. Bu, sizin vaxtınıza qənaət edərək ən mükəmməl nəticəni almağınızı təmin edir. Nero Print olaraq məqsədimiz, işgüzar və şəxsi münasibətlərinizi daha da möhkəmləndirən, vizual olaraq fərqlənən hədiyyə həlləri yaratmaqdır. Brendinizi ən yüksək səviyyədə təmsil edəcək kreativ korporativ hədiyyə qutuları üçün bizə müraciət edin.

Bizimlə əlaqə saxlayın
Sizi maraqlandıran məqamlarla bağlı bizim əməkdaşlarımıza çəkinmədən müraciət edə bilərsiniz. Biz sizin bütün suallarınıza cavab verməyə hazırıq.
Əlaqə məlumatları
Əlaqə telefonu
Əlaqə telefonu
Ofis ünvanı
Ofis ünvanı
Bakı ş., Heydər Əliyev prospekti 152, Çinar Plaza
Bizi izləyin