Dizayn studiyası
Brendinq və korporativ kimlik
Brendinizin bazarda tanınması və etibar qazanması üçün onun bir vizual hekayəsi olmalıdır.
-
Loqo dizaynı: Brendinizin ruhunu əks etdirən unikal və yadda qalan loqotiplərin hazırlanması.
-
Korporativ stil: Rəng palitrası, şrift seçimi və vizual standartların müəyyən edilməsi.
-
Vahid imic: Vizitkartdan tutmuş rəsmi blanklara qədər bütün materialların vahid üslubda dizaynı.
Qrafik dizayn xidmətlərimizə nələr daxildir?
-
Çap Materiallarının Dizaynı: Biz hazırladığımız broşura, poster, flayer və kataloq dizaynlarında rənglərin kağız üzərindəki davranışını və kəsim detallarını nəzərə alırıq. Beləliklə, dizayn ekranda göründüyü qədər çapda da mükəmməl qalır.
-
Təqdimat Materialları: Biznes tərəfdaşlarınız və müştəriləriniz qarşısında peşəkar görünməniz üçün estetik, aydın və yadda qalan təqdimat slaydları və korporativ qovluqlar hazırlayırıq.
-
Reklam və Kampaniya Vizualları: Endirim kampaniyaları, yeni məhsul təqdimatları və outdoor (çöl reklamı) üçün diqqətçəkən poster və afişa dizaynları.
- Brendləşdirilmiş korporativ hədiyyə qutuları Korporativ hədiyyə qutularımız ideyadan yığılma mərhələsinə qədər tamamilə sizə özəl formalaşdırılır.
Məhsul və Qablaşdırma Dizaynı
Müasir bazarda məhsulun keyfiyyəti qədər, onun təqdimatı da uğurun həlledici amilidir. Nero Print olaraq, biz qablaşdırmanı sadəcə bir qutu deyil, məhsulunuzun "səssiz satıcısı" kimi görürük. Peşəkar dizayn komandamız məhsulun daxili mahiyyətini xarici görünüşdə mükəmməl şəkildə əks etdirən yaradıcı qablaşdırma həlləri təqdim edir.